Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Qazaxıstanda AZAL-ın qəzaya uğrayan təyyarəsində sağ qalan sərnişin baş verənləri DANIŞDI

Qazaxıstanda AZAL-ın qəzaya uğrayan təyyarəsində sağ qalan sərnişin baş verənləri DANIŞDI

Qazaxıstanda AZAL-ın qəzaya uğrayan təyyarəsində sağ qalan sərnişin baş verənləri DANIŞDI
2024-12-25 , 14:43

Qazaxıstanda Aktauda qəzaya uğrayan "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin "Embraer 190" təyyarəsində sağ qalan sərnişinlər faciənin dəhşətli təfərrüatını bölüşüblər. Onların sözlərinə görə, göyərtədə partlayış olub.

 
Bu barədə Gazeta.ru xəbər yayıb.
 
Şahidlərdən birinin sözlərinə görə, mühərrikə quş düşüb, bundan sonra göyərtədə oksigen balonunun partlaması baş verib. Bunun nəticəsində insanlar huşlarını itiriblər.
 
Yeri gəlmişkən, Manqistau vilayətinin səhiyyə departamenti də təyyarənin göyərtəsində balonun partladığını bəyan edib. Təfərrüat açıqlanmayıb.
 
Xatırladaq ki, AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. Təyyarədə 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər (37 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub.
 
Oxu.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.