Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Rosaviasiya AZAL-ın təyyarəsinin quş sürüsü ilə toqquşduğunu AÇIQLADI

Rosaviasiya AZAL-ın təyyarəsinin quş sürüsü ilə toqquşduğunu AÇIQLADI

Rosaviasiya AZAL-ın təyyarəsinin quş sürüsü ilə toqquşduğunu AÇIQLADI
2024-12-25 , 14:38

AZAL təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Rosaviasiya rəsmi məlumat yayıb.

Məlumatda bildirilir:
“Bu gün Moskva vaxtı ilə saat 09:30 radələrində Xəzər dənizinin şərq sahili ərazisində Qazaxıstanın Aktau hava limanına eniş edərkən Azərbaycanın AZAL aviaşirkətinə məxsus “Embraer 190” təyyarəsi yerə çırpılıb. Təyyarə Bakıdan Qroznıya reys həyata keçirib.
İlkin versiya ondan ibarətdir ki, quş sürüsü ilə toqquşmadan sonra, təyyarənin göyərtəsində fövqəladə vəziyyətə görə, nəqliyyat gəmisinin kapitanı alternativ aerodroma "getmək" qərarına gəlib. Alternativ aerodrom Aktau seçilib.
Axtarış-xilasetmə işlərini Qazaxıstan Respublikasının əməliyyat xidmətləri həyata keçirir.
Rosaviasiya AZAL, Azərbaycan və Qazaxıstanın aviasiya hakimiyyətləri ilə əlaqə saxlayır”.//APA

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.