Şəhid atasını aldadıb pulunu oğurladılar – Video

Şəhid atasının sözlərinə görə, 28-35 yaş aralığında olan iki naməlum şəxs ona məxsus evə gəlib və hədiyyə gətirdiklərini bildiriblər.
Şəxslərdən biri birinci Qarabağ müharibəsi şəhidi Qadir Məmmədovun fotosunu istəyib və kişinin başını qataraq yuxarı mərtəbəyə çıxarıb. İkinci şəxs isə birinci mərtəbədə pulları oğurlayıb.
Ev sahibi oğurluq hadisəsini bilən kimi polisə məlumat verib.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisəni törədən şəxslərin müəyyən olunaraq saxlanılmaları istiqamətində müvafiq tədbirlər görülür.
Ətraflı “Xəzər Xəbər”in süjetini təqdim edirik: