Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Şəhid atasını aldadıb pulunu oğurladılar – Video

Şəhid atasını aldadıb pulunu oğurladılar – Video

Şəhid atasını aldadıb pulunu oğurladılar – Video
2025-04-15 , 12:41

İsmayıllının Hacıhətəmli kəndində şəhid atasını aldadaraq pulunu oğurlayıblar.

Yenilik.az xəbər verir ki, hadisə kənd sakini 85 yaşlı Şamil Məmmədovun başına gəlib.
Şəhid atasının sözlərinə görə, 28-35 yaş aralığında olan iki naməlum şəxs ona məxsus evə gəlib və hədiyyə gətirdiklərini bildiriblər.
Şəxslərdən biri birinci Qarabağ müharibəsi şəhidi Qadir Məmmədovun fotosunu istəyib və kişinin başını qataraq yuxarı mərtəbəyə çıxarıb. İkinci şəxs isə birinci mərtəbədə pulları oğurlayıb.
Ev sahibi oğurluq hadisəsini bilən kimi polisə məlumat verib.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisəni törədən şəxslərin müəyyən olunaraq saxlanılmaları istiqamətində müvafiq tədbirlər görülür.
Ətraflı “Xəzər Xəbər”in süjetini təqdim edirik:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.