Balıqların kütləvi ölümü ilə bağlı - Araşdırma aparılır-Video

Balıqların kütləvi ölümünün hansı səbəbdən baş verdiyi məlum deyil.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, hazırda balıqların kütləvi ölümü ilə bağlı araşdırma aparılır: “Abşeron rayonu Məmmədli kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı Aqrar Xidmətlər Agentliyi, Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırma aparılır. Hər üç dövlət qurumunun mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib, sudan və balıqlardan nümunələr götürülüb.
Nümunələr AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi, Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib. Aparılacaq analizlərin nəticəsi əldə edildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək” .