Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Balıqların kütləvi ölümü ilə bağlı - Araşdırma aparılır-Video

Balıqların kütləvi ölümü ilə bağlı - Araşdırma aparılır-Video

Balıqların kütləvi ölümü ilə bağlı - Araşdırma aparılır-Video
2025-06-04 , 15:14

Abşeronun Məmmədli kəndi ərazisindəki su hövzəsində balıqlar kütləvi şəkildə tələf olub.  

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. 
Balıqların kütləvi ölümünün hansı səbəbdən baş verdiyi məlum deyil.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, hazırda balıqların kütləvi ölümü ilə bağlı araşdırma aparılır: “Abşeron rayonu Məmmədli kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı Aqrar Xidmətlər Agentliyi, Baytarlıq Elmi-Tədqiqat İnstitutu və  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırma aparılır. Hər üç dövlət qurumunun mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib, sudan və balıqlardan nümunələr götürülüb.
Nümunələr AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi, Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib. Aparılacaq analizlərin nəticəsi əldə edildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək” . 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.