Bakıdan rayona dincəlməyə gedən ailə ŞOK yaşadı – VİDEO

Maşında uşaqların da olması ailə üzvlərində ciddi təşviş yaradıb. Nəhayət, ilanla birgə səyahət Bərdə rayonunda sona çatıb.
Qeyd edək ki, son vaxtlar Bakının müxtəlif ərazilərində ilanların görünməsi ilə bağlı məlumatlar yayılır. Xüsusilə ilanların yaşayış məntəqələrinə, həyətlərə və hətta evlərin içərisinə daxil olması halları müşahidə olunur. Mütəxəssislər bu vəziyyəti havaların qızması, qida axtarışı və ilanların təbii yaşayış yerlərinin daralması ilə əlaqələndirirlər.
Ən çox müşahidə olunan ərazilərin isə Yasamal rayonu, Sabunçu və Binəqədi, Qaradağ və Hövsan istiqamətlərinin olduğu bildirilir.