Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Bakıdan rayona dincəlməyə gedən ailə ŞOK yaşadı – VİDEO

Bakıdan rayona dincəlməyə gedən ailə ŞOK yaşadı – VİDEO

Bakıdan rayona dincəlməyə gedən ailə ŞOK yaşadı – VİDEO
2025-06-07 , 14:05

Bakıdan Bərdəyə istirahət üçün yola düşən ailə gözlənilməz hadisə ilə üzləşib. Belə ki, Yasamal rayonundan çıxan avtomobildə ailə üzvləri ilanla qarşılaşıb.

Yenilikaz Musavat.com-a istinadən xəbər verir ki, ilan avtomobilin üzərində yol boyunca hərəkət edib və dörd saatlıq səyahət ərzində maşını tərk etməyib.
Maşında uşaqların da olması ailə üzvlərində ciddi təşviş yaradıb. Nəhayət, ilanla birgə səyahət Bərdə rayonunda sona çatıb.
Qeyd edək ki, son vaxtlar Bakının müxtəlif ərazilərində ilanların görünməsi ilə bağlı məlumatlar yayılır. Xüsusilə ilanların yaşayış məntəqələrinə, həyətlərə və hətta evlərin içərisinə daxil olması halları müşahidə olunur. Mütəxəssislər bu vəziyyəti havaların qızması, qida axtarışı və ilanların təbii yaşayış yerlərinin daralması ilə əlaqələndirirlər.
Ən çox müşahidə olunan ərazilərin isə Yasamal rayonu, Sabunçu və Binəqədi, Qaradağ və Hövsan istiqamətlərinin olduğu bildirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.