Yalançı şahid CƏZALANDIRILDI-Azərbaycanda

Daha sonra Post Patrul Xidməti əməkdaşların dəvət edərək onu bölməyə aparıb və bir neçə saat orada saxladıqdan sonra Sumqayıt Şəhər Məhkəməsinə gətiriblər. Məhkəmədə YPX əməkdaşları və hadisə yerində olmayan bir şahid dindirilib, lakin onun əməlində inzibati xətanın tərkibi olmadığına görə Məhkəmənin qərarı ilə onun barəsində iş üzrə icraata xitam verilib və qərarda polis əməkdaşlarının vəzifə təlimatlatına uyğun olmayan davranışları səbəbindən hadisənin yaranması sübuta yetib.
Eyni zamanda məhkəmə yalan ifadə verən şahid barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinə rəsmi məlumat göndərib və hal şahidi Kərimov Sabir Mirseyib oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 530-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Beləliklə o, şahid kimi yalan ifadə verdiyini etiraf edib və Məhkəmənin qərarı ilə Kərimov Sabir Mirseyib oğlu qeyd olun maddə ilə təqsirli bilinib 250 manat məbləğində inzibati cərimə edilib.