Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Yalançı şahid CƏZALANDIRILDI-Azərbaycanda

Yalançı şahid CƏZALANDIRILDI-Azərbaycanda

Yalançı şahid CƏZALANDIRILDI-Azərbaycanda
2023-12-22 , 14:00

Məhkəmədə yalan ifadə verən  şahid cəzalandırılıb. Bu barədə Yenilik.az-a Sumqayıt Regional Vəkil Bürosunun vəkili Elşad  İsayev  açıqlama verərək bildirib ki, hüquqlarını müdafiə etdiyi vətəndaş Məmmədov Ramin Rza oğlu 09 oktyabr 2023-cü il tarixdə idarə etdiyi avtomobillə  Sumqayıt şəhərindən Saray qəsəbəsinə doğru hərəkət edərkən heç bir qanun pozuntusuna yol vermədiyi halda ŞPİ-nin DYP şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və onun spirtli içki qəbul edib etmədiyini dəqiqləşdirmək üçün polis inispektoru icazəsiz avtomobilin şüşəsindən içəri daxil olarkən sürücü ona etirazını bildirdikdə, YPX əmədaşı onunla kobud davranmağa başlayıb və etik olmayan hərəkətlər edib.


Daha sonra Post Patrul Xidməti əməkdaşların dəvət edərək onu bölməyə aparıb və bir neçə saat orada saxladıqdan sonra Sumqayıt Şəhər Məhkəməsinə gətiriblər. Məhkəmədə YPX əməkdaşları və hadisə yerində olmayan bir şahid dindirilib, lakin onun əməlində inzibati xətanın tərkibi olmadığına görə  Məhkəmənin qərarı ilə onun barəsində iş üzrə icraata xitam verilib və qərarda polis əməkdaşlarının vəzifə təlimatlatına uyğun olmayan davranışları səbəbindən hadisənin yaranması sübuta yetib.

Eyni zamanda məhkəmə yalan ifadə verən şahid barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinə rəsmi məlumat göndərib və hal şahidi Kərimov Sabir Mirseyib oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 530-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Beləliklə o, şahid kimi yalan ifadə verdiyini etiraf edib və  Məhkəmənin  qərarı ilə Kərimov Sabir Mirseyib oğlu qeyd olun maddə ilə təqsirli bilinib 250 manat məbləğində inzibati cərimə edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.