DTX-nin həbs etdiyi hakerə hökm oxundu

Hakim Rəşad Cavadzadə gənc müttəhimi göz önündə olan çoxsaylı sübutlarla təqsirli hesab edib.
Hökmə əsasən, Tural Əliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi şərti ilə 2 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Tural Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub. Ona Cinayət Məcəlləsinin 271.2.1 (kompüter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham verilib.
Qafqazinfo