Yenilik.Az
www.Yenilik.Az » Kriminal » DTX-nin həbs etdiyi hakerə hökm oxundu

DTX-nin həbs etdiyi hakerə hökm oxundu

DTX-nin həbs etdiyi hakerə hökm oxundu
2025-06-04 , 08:39

“ZeroMap” MMC-nin yerli və xarici şirkətlərə kiberhücumlar təşkil etmə ittihamı ilə həbs edilmiş icraçı direktoru Tural Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Yasamal Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hakim Rəşad Cavadzadə gənc müttəhimi göz önündə olan çoxsaylı sübutlarla təqsirli hesab edib.
Hökmə əsasən, Tural Əliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi şərti ilə 2 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Tural Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub. Ona Cinayət Məcəlləsinin 271.2.1 (kompüter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham verilib.
Qafqazinfo

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.