“Kontakt Home”da ər arvadını bıçaqladı
Paytaxtın Səbail rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.Şahidlərin sözlərinə görə, mağazada çalışan qadın şəxsi münasibətlər zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Məlumata əsasən, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən, 1992-ci il təvəllüdlü F. Quliyev saxlanılıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.
