Yenilik.Az
www.Yenilik.Az » Kriminal » “Kontakt Home”da ər arvadını bıçaqladı

“Kontakt Home”da ər arvadını bıçaqladı

“Kontakt Home”da ər arvadını bıçaqladı
2025-12-03 , 08:01

Paytaxtın Səbail rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Yenilik.az Bakues.az-a daxil olan məlumata görə, hadisənin “Kontakt Home” mağazalar şəbəkəsinin Sahil filialında baş verdiyi iddia edilir.

Şahidlərin sözlərinə görə, mağazada çalışan qadın şəxsi münasibətlər zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Məlumata əsasən, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən, 1992-ci il təvəllüdlü F. Quliyev saxlanılıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.