Nigar Camal - "Soruşurlar ki, braziliyalısan, yoxsa..."

Qızlarından danışan 42 yaşlı müğənni bildirib ki, onlar Londonda oxumağa və yaşamağa davam edəcəklər.
Cennifer Lopezə bənzərliyi ilə diqqət çəkən Nigar bildirib ki, onu adətən argetinalı və braziliyalı xanımlara oxşadırlar:
"Latın amreikan qadınlarına oxşayıram. Ona görə də hərdən İngiltərədə soruşurlar ki, braziliyalısan, yoxsa argentinalı. Həmişə özümə qulluq etmişəm, 20 yaşından da, 30 yaşında da, indi də. Üzümdə estetik yoxdur, düşünürəm ki, hələ ehtiyac yoxdur. Lazım olanda yəqin ki, edərəm".