Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nigar Camal - "Soruşurlar ki, braziliyalısan, yoxsa..."

Nigar Camal - "Soruşurlar ki, braziliyalısan, yoxsa..."

Nigar Camal -
2023-03-12 , 15:43

Ürəyim istədiyimi edirəm, necə xoşum gəlir elə də kliplər çəkdirirəm. Oturub düşünmürəm ki, kim nə deyəcək, filan... Eldarla da yeni mahnımız olacaq, amma mahnı tapmaq bir az çətindir.

Yenilik.az xəbər verir ki, bu sözləri müğənni Nigar Camal "MTV Maqazin"ə danışarkən deyib.
Qızlarından danışan 42 yaşlı müğənni bildirib ki, onlar Londonda oxumağa və yaşamağa davam edəcəklər.
Cennifer Lopezə bənzərliyi ilə diqqət çəkən Nigar bildirib ki, onu adətən argetinalı və braziliyalı xanımlara oxşadırlar:
"Latın amreikan qadınlarına oxşayıram. Ona görə də hərdən İngiltərədə soruşurlar ki, braziliyalısan, yoxsa argentinalı. Həmişə özümə qulluq etmişəm, 20 yaşından da, 30 yaşında da, indi də. Üzümdə estetik yoxdur, düşünürəm ki, hələ ehtiyac yoxdur. Lazım olanda yəqin ki, edərəm".




Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.