Dilarə trenddəki mahnıları "axmaq" sayır

Verilişdə yer alan aktyor-aparıcı Elşən Orucov isə "Hamısı süni trenddir. Heç kimi də qınamıram. Baxırlar ki, filankəs belə gündəmdə qalırsa, mən də edim. Mahnı hər yerdə qulaq asılmırsa, getdiyin yerdə sevilmirsə, fərqi yoxdur 1, yoxsa 3 milyon izlənilib. Bilirsənsə, bu milyon baxışı almaq olur, insan özünü aldadır. Səhv də burada başlayır. Trenddə olan ilk 10 mahnı hamısı qurmadır. Bunu da hamısı bilir" sözlərini əlavə edib.
D.Əliyeva isə "Bir mahnı "trenddədirsə" 2 ay sonra köhnəlir. Sıxışdırılır, mahnı anlayışından çıxır" deyə, bildirib.