Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Dilarə trenddəki mahnıları "axmaq" sayır

Dilarə trenddəki mahnıları "axmaq" sayır

Dilarə trenddəki mahnıları
2023-03-16 , 13:05

"Trendə düşmək axmaqlıqdır. Araşdırmışam. Məsələn, "Gangam style" mahnısı heç kimin toplamadığı qədər baxış topladı. İndi kim oturub həmin mahnıya qulaq asırsa, deyir, harda qalıb, nəyə qulaq asır? Geridəqalmışdır... Amma gözəl musiqiyə nə vaxt istəsən qulaq asırsan. Bu, sənin musiqi zövqündən, mədəniyyətindən və intellektindən xəbər verir".

Yenilik.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" verilişində deyib. Aktrisa trenddə düşən mahnıları "axmaq" adlandırıb.
Verilişdə yer alan aktyor-aparıcı Elşən Orucov isə "Hamısı süni trenddir. Heç kimi də qınamıram. Baxırlar ki, filankəs belə gündəmdə qalırsa, mən də edim. Mahnı hər yerdə qulaq asılmırsa, getdiyin yerdə sevilmirsə, fərqi yoxdur 1, yoxsa 3 milyon izlənilib. Bilirsənsə, bu milyon baxışı almaq olur, insan özünü aldadır. Səhv də burada başlayır. Trenddə olan ilk 10 mahnı hamısı qurmadır. Bunu da hamısı bilir" sözlərini əlavə edib. 
D.Əliyeva isə "Bir mahnı "trenddədirsə" 2 ay sonra köhnəlir. Sıxışdırılır, mahnı anlayışından çıxır" deyə, bildirib.




Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.