"Əsgərlikdə olmasam da, müharibəyə getdim"

"Zamanında orqanizmimdə olan problemlərə görə əsgərliyə aparmadılar. Ayağımın altı düz idi və mədəmdə xora varıydı. Halbuki əsgər olmaq böyük arzum idi. Əsgərlik də keçməmişdim. Arxa cəbhədə - Beyləqan, Füzuli, Ağcabədi tərəfdə əsgərlərə kömək etmək istəyirdim. ATV-də verilişlərin birində çıxışımı etdim və oradan çıxıb birbaşa müharibəyə getdim".