Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Əsgərlikdə olmasam da, müharibəyə getdim"

"Əsgərlikdə olmasam da, müharibəyə getdim"

2023-04-15 , 11:00

"İkinci Vətən müharibəsi başlayanda 37 yaşım var idi. Yaşım düşmürdü, çünki o yaşda hərbiyə çağırış yox idi. Amma qaçıb getdim hərbiyə".

Yenilik.az xəbər verir ki, bu sözləri müğənni Vüqar Muradov "7 canlı" verilişində deyib. O, bildirib ki, əsgərliyə getməyib:
"Zamanında orqanizmimdə olan problemlərə görə əsgərliyə aparmadılar. Ayağımın altı düz idi və mədəmdə xora varıydı. Halbuki əsgər olmaq böyük arzum idi. Əsgərlik də keçməmişdim. Arxa cəbhədə - Beyləqan, Füzuli, Ağcabədi tərəfdə əsgərlərə kömək etmək istəyirdim. ATV-də verilişlərin birində çıxışımı etdim və oradan çıxıb birbaşa müharibəyə getdim".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.