Elçin Əzizov Rusiyanın məşhur şousunda dördüncü oldu

Elçin Əzizov Rusiyanın məşhur şousunda dördüncü oldu Ötən gün Rusiyanın NTV telekanalında yayımlanan "Maska" şousunun dördüncü mövsümünün finalı baş tutub.
Yenilik.az xəbər verir ki, finala dörd maskanın - "Mandrill", "Mamont", "Poodle" və "Scorpio" iştirakçıları çıxıb.
Müsabiqədə 4-cü yerə layiq görülən "Mandrill" maskasının altında isə Azərbaycanın Xalq artisti, Rusiyada Dövlət Akademik Böyük Teatrının solisti Elçin Əzizov olub.
O, çıxışı zamanı "Düşünürəm ki, mən qalib gəldim: dördüncü mövsümdə dördüncü yer. Hər kəsə təşəkkür edirəm" deyə, bildirib.

Geri qayıt