Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Elçin Əzizov Rusiyanın məşhur şousunda dördüncü oldu

Elçin Əzizov Rusiyanın məşhur şousunda dördüncü oldu

Elçin Əzizov Rusiyanın məşhur şousunda dördüncü oldu
2023-05-01 , 11:02

Ötən gün Rusiyanın NTV telekanalında yayımlanan "Maska" şousunun dördüncü mövsümünün finalı baş tutub.

Yenilik.az xəbər verir ki, finala dörd maskanın - "Mandrill", "Mamont", "Poodle" və "Scorpio" iştirakçıları çıxıb.
Müsabiqədə 4-cü yerə layiq görülən "Mandrill" maskasının altında isə Azərbaycanın Xalq artisti, Rusiyada Dövlət Akademik Böyük Teatrının solisti Elçin Əzizov olub.
O, çıxışı zamanı "Düşünürəm ki, mən qalib gəldim: dördüncü mövsümdə dördüncü yer. Hər kəsə təşəkkür edirəm" deyə, bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.