"Övladlarınıza hər mənada nəzarət edin" - Mehriban Xanlarova

Aktrisa bir neçə gündür gündəmdə olan Tovuzda ailə qurmaq məqsədiylə evdən qaçan 13 yaşlı Əfsanə Tağıyeva ilə bağlı paylaşım edib.
M. Xanlarova qeyd edib:
"Uşaqlarınızın telefonda hansı işlərlə məşğul olduğuna, kimlərlə danışdığına fikir verin. Sosial şəbəkələrdən istifadə etməsinə icazə verməyin. Uşaqlarınızın şəkillərini sosial şəbəkələrdə, vatsappda belə paylaşmayın. Çünki heç kimin alnında "uşağa qarşı hissləri olan şərəfsiz, təcavüzcü" sözü yazılmayıb. Heç bir uşağın "özəl həyatı" ola bilməz. Heç kim başqasının uşağına yaxınlaşa, toxuna, öpə bilməz. Yeniyetməlik yaşına çatmayan qız uşaqları ilə sevgili olanlar, nişanlananlar, onları qaçıranlar barədə hüquq sistemi sərt cavablar verməlidir ki, bir çoxlarına dərs olsun və həmin şərəfsizlərin şəkillərini paylaşın".