Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Övladlarınıza hər mənada nəzarət edin" - Mehriban Xanlarova

"Övladlarınıza hər mənada nəzarət edin" - Mehriban Xanlarova

2023-05-24 , 09:04

"Son günlərdə qız uşaqlarını qaçıran, onlarla nişanlanmaq istəyən pedofillərin sayı durmadan artır. Vicdanlı analara səslənirəm: Mütəmadi olaraq övladlarınıza hər mənada nəzarət edin. Çox pis zamanda yaşayırıq. Elə bir dövrdə yaşayırıq ki, heç kimə güvən qalmayıb: Nə qonşuya, nə qohuma... Bu səbəbdən uşaqlarınızı heç kimə əmanət etməyin".

Bu sözləri Əməkdar artist Mehriban Xanlarova bildirib.
Aktrisa bir neçə gündür gündəmdə olan Tovuzda ailə qurmaq məqsədiylə evdən qaçan 13 yaşlı Əfsanə Tağıyeva ilə bağlı paylaşım edib.
M. Xanlarova qeyd edib:
"Uşaqlarınızın telefonda hansı işlərlə məşğul olduğuna, kimlərlə danışdığına fikir verin. Sosial şəbəkələrdən istifadə etməsinə icazə verməyin. Uşaqlarınızın şəkillərini sosial şəbəkələrdə, vatsappda belə paylaşmayın. Çünki heç kimin alnında "uşağa qarşı hissləri olan şərəfsiz, təcavüzcü" sözü yazılmayıb. Heç bir uşağın "özəl həyatı" ola bilməz. Heç kim başqasının uşağına yaxınlaşa, toxuna, öpə bilməz. Yeniyetməlik yaşına çatmayan qız uşaqları ilə sevgili olanlar, nişanlananlar, onları qaçıranlar barədə hüquq sistemi sərt cavablar verməlidir ki, bir çoxlarına dərs olsun və həmin şərəfsizlərin şəkillərini paylaşın".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.