Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Bəzi kişilər təkcə azyaşlı qızlara deyil, oğlanlara da meyl edirlər” - Qalmaqallı açıqlama

“Bəzi kişilər təkcə azyaşlı qızlara deyil, oğlanlara da meyl edirlər” - Qalmaqallı açıqlama

“Bəzi kişilər təkcə azyaşlı qızlara deyil, oğlanlara da meyl edirlər” - Qalmaqallı açıqlama
2023-05-24 , 09:00

Tovuzda itkin düşən 13 yaşlı qız Xaçmazda tapılıb. Məlum olub ki, məktəbli qızı qaçırmaqda şübhəli bilinən Xudat şəhər sakini Səfər Kavazovun 40-dan çox yaşı var və ailəlidir, üç övlad atasıdır.

Bəs görəsən, heç bir psixoloji problemi olmayan yetkin insan nəyə görə bu addımı atır? 
Ümumiyyətlə, evli kişilərin son vaxtlar azyaşlı qızlara meyillənməsi nə ilə bağlıdır? 
Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış psixoloq Samirə Bağırova bildirib ki, cinsindən asılı olmayaraq, azyaşlı uşaqların evdən qaçması ailə bağlarında olan boşluqlardan irəli gəlir: 
“13 yaşlı qızın özündən yaşca böyük kişilərə meyilli olması ata-qız münasibətində boşluqların, soyuqluğun göstəricisidir. Şüuraltı düşüncəsi odur ki, yaşda böyük kişi onu müdafiə edən, güclü, güvəniləcək biridir. Bəli, bəzi uşaqlar var ki, tez inkişaf etmiş yeniyetmələrdir, bu, genetikaya bağlıdır. Amma bir uşağın evdən qaçışı bu ailədəki yanlış münasibətlərin göstəricisidir, fərq etməz istər qız, istərsə oğlan olsun. Demək ki, valideyinlər uşağa ailənin güvən yeri olduğu mesajını verə bilməyiblər. Uşaqlar daha çox qadağalar, aqressiya, soyuqluq, şərtlər olan, yəni avtoritar ailələrdən qaçırlar. Hər bir valideyn uşağının yaşına görə inkişafına diqqət etməlidir ki, müşahidə etsin, görsün övladı digər uşaqlardan psixoloji, yaxud fiziki görünüşü ilə necə fərqlənir. 
Tez inkişaf etmiş uşaqdırsa, buna görə onu günahlandırmaq əvəzinə, izahatlar gətirərək söhbət etməlidir. Həm ata, həm ana uşağa izah etməlidir.
Çünki internet zəmanəsində yaşayırıq, təbii ki, hər yeniyetmənin mobil telefonu olacaq, amma ondan necə, hansı şəkildə istifadə edəyəcəyini valideyn geniş anlatmalıdır. Valideyn başa salmalıdır ki, sənə sosial şəbəkədən müxtəlif insanlar yaza bilər, çılpaq şəkillər istəyə bilər, hər şey təklif edə bilər, amma hər təklifə aldanaraq pis vəziyyətdə qala bilərsən”. 
Psixoloqun sözlərinə görə, övlad valideynin  güzgüsüdür, buna görə, valideynlər davranışlarına mütləq diqqət etməlidirlər: 
“Bəzən elə olur ki, valideynlər bütün günü sosial şəbəkədə sallanıb qalır, hətta valideynin telefonuna girib yazışmaları görən uşaqlar da var, belə olan halda, uşaq düşünür ki, bu normaldır. Uşaqlar böyüklərin güzgüsüdür. Valideynin özünün yaratdığı əsərdir. Amma səhvlərini qəbullanmamaq üçün çox zaman cəmiyyəti, çevrəni, zəmanəni günahlandıranlar var. Yaxşı və pis hər əsrdə olub, özünü hansı şəkildə müdafiə etmək, nəyin yanlış, nəyin doğru olduğunu ailədə valideyn öz davranışı ilə nümayiş etdirir, uşaq da sözlə deyil, gözlə tərbiyə alır”. 
Azyaşlılara meyl salan kişilər barədə danışan S.Bağırova onların ən sərt şəkildə cəzalanmasının tərəfdarı olduğunu deyib:  
“44 yaşlı kişiyə gəlincə, bu insanlar mütləq cəza almalıdır. Hətta düşünürəm ki, belə təcavüz və istismar hallarında həbs cəzası ilə bərabər axtalansalar digərlərinə də dərs olar. Azyaşlılara meyillilik yalnız qız uşaqlarına deyil, oğlan uşaqlarına da qarşı olur. Bəzən kişilər hətta oğlan uşaqlarına da meyilli olurlar ki, bu da pedofilizmdir. Əlbəttə ki, psixologiyada və psixiatriyada bu hala xəstəlik kimi yanaşılır. Bunu şüuraltı uşaqlıq travmalarına bağlamaq olur və sübutu da var. Amma mənim fikrimcə, bəzi hallar var ki, onlara zamanla "psixoloji don" geyindirib cəzadan yayınmaq üçün düşünülüb. Bu mənim subyektiv fikrimdir. İnsan eqosu ilə, yəni istəyi ilə baş etməyi bacarmırsa, cəmiyyət üçün təhlükəli biridir və mütləq cəzalanmalıdır. Belə insanlar gərək cəzasını alaraq psixoloji terapiyalarını davam etdirsin”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.