Namiq Məna: "Elza xanım üzərinə o qədər gedilməsinin əleyhinəyəm".

O əlavə edib: "Onun istedadına inanıram. Elza xanımın AYB-yə üzv olmasında ciddi qəbahət yoxdur. Necə ki digər sahədə özünü doğruldub, bu sahədə də öz üzərində çalışacaq. Nəyi bəyənmirlər ki?! Görürsünüz, Elza xanımın yazdığı şeirlər gündəmə gəlir, ondan danışılır. Düşünürəm, bu da Elza xanımın texnikasıdır. Daha ciddi mövzuya toxunsaydı, ciddi mövzuda şeir yazsaydı, müzakirə predmeti kimi gündəmə gəlməyəcəkdi”.