Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Namiq Məna: "Elza xanım üzərinə o qədər gedilməsinin əleyhinəyəm".

Namiq Məna: "Elza xanım üzərinə o qədər gedilməsinin əleyhinəyəm".

Namiq Məna:
2023-07-11 , 16:59

“Elza xanım yetərli qədər istedadlı, bəstəkar kimi özünü təsdiq etmiş, eyni zamanda, gözəl səsə sahib xanımdır. Onun elə şeirləri var ki, bədii poetik ifadə tərzi ilə seçilir. Ümumiyyətlə, hər bir şeirin öz sətiraltı mənası var. Hər oxucu bir şeirə müxtəlif aspektdən yanaşır. Elza xanım üzərinə o qədər gedilməsinin əleyhinəyəm".

Yenilik.az Pravda-ya istinadla xəbər verir ki, bunu meyxanaçı, AYB-nin Şərqi Zəngəzur Bölməsinin sədri Namiq Məna deyib.
O əlavə edib: "Onun istedadına inanıram. Elza xanımın AYB-yə üzv olmasında ciddi qəbahət yoxdur. Necə ki digər sahədə özünü doğruldub, bu sahədə də öz üzərində çalışacaq. Nəyi bəyənmirlər ki?! Görürsünüz, Elza xanımın yazdığı şeirlər gündəmə gəlir, ondan danışılır. Düşünürəm, bu da Elza xanımın texnikasıdır. Daha ciddi mövzuya toxunsaydı, ciddi mövzuda şeir yazsaydı, müzakirə predmeti kimi gündəmə gəlməyəcəkdi”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.