“25 manatı Niyama xərcləmək istəmirsiz?” - VİDEO

Yenilik.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məsələ ilə bağlı istirahət mərkəzinin sahibi müğənni Niyam Salami açıqlama verib.
O, məkanında ümumi hesabın 25 faizinin xidməthaqqı kimi tutulması haqda tənqidlərə belə münasibət bildirib: “Bura gələnlər zəng edir və onlara bütün şərtlər izah olunur. Hər gün üç masa da olsa, ansamblla canlı ifalar təqdim edəcəyəm. Mən hər şeylə maraqlanıram, şikayətlərə də qulaq asıram. Məsuliyyəti üzərimə götürmüşəm. Sizin hesabınız 100 AZN tutursa, 25 manatını Niyama xərcləmək istəmirsiniz?”.