Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “25 manatı Niyama xərcləmək istəmirsiz?” - VİDEO

“25 manatı Niyama xərcləmək istəmirsiz?” - VİDEO

“25 manatı Niyama xərcləmək istəmirsiz?” - VİDEO
2023-07-14 , 15:02

Xəbər verdiyimiz kimi, Novxanıda yerləşən “My Beach” istirahət mərkəzində ümumi hesabın 25 faizinin xidməthaqqı kimi tutulması böyük müzakirələrə səbəb olub. Müştəridən əlavə bu qədər məbləğin tutulması qanunsuz hesab edilib.

 
Yenilik.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məsələ ilə bağlı istirahət mərkəzinin sahibi müğənni Niyam Salami açıqlama verib.
O, məkanında ümumi hesabın 25 faizinin xidməthaqqı kimi tutulması haqda tənqidlərə belə münasibət bildirib: “Bura gələnlər zəng edir və onlara bütün şərtlər izah olunur. Hər gün üç masa da olsa, ansamblla canlı ifalar təqdim edəcəyəm. Mən hər şeylə maraqlanıram, şikayətlərə də qulaq asıram. Məsuliyyəti üzərimə götürmüşəm. Sizin hesabınız 100 AZN tutursa, 25 manatını Niyama xərcləmək istəmirsiniz?”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.