Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Müştəriləri soyan restoran bu müğənninindir - Çay dəstgahı 150 manat...

Müştəriləri soyan restoran bu müğənninindir - Çay dəstgahı 150 manat...

Müştəriləri soyan restoran bu müğənninindir - Çay dəstgahı 150 manat...
2023-07-12 , 16:45

Novxanıda yerləşən restoranların birində müştəriyə təqdim edilən hesabda ofisiantın göstərdiyi xidmətə görə böyük məbləğdə "servis haqqı"nın tələb olunması geniş müzakirələrə səbəb olub. 

Belə ki, müştəri hesabı ödəmək istəyəndə ona təqdim edilən çekdə ümumi hesabın 25 faizinin "servis haqqı" olaraq hesablanması etirazla qarşılanıb. Bəziləri 25 faizlik servis haqqının qəbuledilməz olduğunu bildirib. 
Müzakirələrə səbəb olan restoran "My Beach by Niyam Salami" adlanır və müğənni Niyam Salamiyə məxsusdur. 
İfaçı sözügedən biznesinin açılışını 2022-ci ilin 18 noyabrında edib. 
Restoranda qiymətlər də hər kəsin cibinə uyğun deyil. 
Yenisabah.az Niyam Salaminin qalmaqallı restoranından qiymətləri təqdim edir: 
Çoban salatı - 6 manat
Tərəvəz buketi - 10 manat
Toyuq salatı - 9 manat
Sezar salatı - 14 manat
Sobada nərə balığı - 35 manat
Tabaka - 15 manat
Kənd çolpası - 18 manat
Qafqaz kababı - 55 manat
Qədim kabab (bütöv quzu, tabaka, şüyüd plov) - 300 manat 
Quzu qolu - 29 manat
Quzu qovurma - 19 manat
Plov turşu kabab - 14 manat
Kartof lüləsi - 5 manat
Kabab assorti - 99 manat
Sadə su - 3 manat
Çay dəstgahı - 110-150 manat
Ləbləbi - 20 manat
Meyvə qurusu -15 manat
Mövsümlük meyvə - orta -20 manat, böyük- 30 manat
"Snickers", "Bounty" şokoladları - 9 manat
Çiçək çayı - 15 manat
Zəfəran çayı - 25 manat
Hər axşam 19:00-dan sonra qonaqlara canlı musiqi, hava gimnastı şousu, jonqlyor şou, rəngli quşlar şousu da təklif olunur.
Menyunun heç bir yerində isə 25%-lik servis haqqı tutulacağına dair məlumat verilməyib.
Qeyd edək ki, 2021-ci ildə Niyam Salami Sumqayıt şəhərində icarəyə götürdüyü "Salam-İ" restoranında karantin qaydalarını pozduğuna görə, 5000 manat cərimələnmişdi. 
Yenisabah.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.