İlkin Əhmədov: “Dodağıma gel vurdurası deyiləm ki...”

Bir neçə dəfə yıxılaraq burnu sınan sənətçi bildirib ki, yaxın zamanda bu problemini plastik əməliyyat vasitəsi ilə aradan qaldıracaq:
"Təbii gözəlliyə müdaxilə etməyə qarşıyam. Şəxsən mənim burnum düz idi. Bir neçə dəfə burnum öz ucbatımdan qırılıb. Uşaq vaxtı və böyüyəndən sonra yıxılaraq burnumu sındırmışam.
Burnumdakı deformasiyanı plastik əməliyyat vasitəsi ilə aradan qaldırmaq istəyirəm. Həmçinin çəpər əyriliyi də var. O da nəfəs almağımda mənə problem yaşadır. O problemi də əməliyyat yolu ilə aradan qaldırmaq istəyirəm. Yoxsa Allah uzaq eləsin, dodağıma gel vurdurası deyiləm ki... Yəni bu məsələyə bu cür fikir bildirmişəm".