Yenilik.Az
www.Yenilik.Az » Maqazin » İlkin Əhmədov: “Dodağıma gel vurdurası deyiləm ki...” 

İlkin Əhmədov: “Dodağıma gel vurdurası deyiləm ki...” 

İlkin Əhmədov: “Dodağıma gel vurdurası deyiləm ki...” 
2023-07-24 , 17:29

"İnsanlar elə başa düşməsinlər ki, plastik və estetik əməliyyatlara qarşıyam və etiraz edirəm. Xeyr! Əgər bir sənətçi səhnəyə çıxırsa, tamaşaçılar onu mükəmməl şəkildə görmək istəyirlər. Sevdiyim sənətçidirsə, onun üzündə böyük çapığını, əyri burnunu qəbul edə bilmirəm. Əminəm ki, tamaşaçı da mənimlə bu mövzuda həmfikirdir. İstəyirəm ki, sevdiyim sənətçinin burnu düz və gözəl olsun". 

Yenilik.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri əməkdar artist İlkin Əhmədov qonaq olduğu "Səhər mərkəzi" verilişində deyib. 
Bir neçə dəfə yıxılaraq burnu sınan sənətçi bildirib ki, yaxın zamanda bu problemini plastik əməliyyat vasitəsi ilə aradan qaldıracaq: 
"Təbii gözəlliyə müdaxilə etməyə qarşıyam. Şəxsən mənim burnum düz idi. Bir neçə dəfə burnum öz ucbatımdan qırılıb. Uşaq vaxtı və böyüyəndən sonra yıxılaraq burnumu sındırmışam.
Burnumdakı deformasiyanı plastik əməliyyat vasitəsi ilə aradan qaldırmaq istəyirəm. Həmçinin çəpər əyriliyi də var. O da nəfəs almağımda mənə problem yaşadır. O problemi də əməliyyat yolu ilə aradan qaldırmaq istəyirəm. Yoxsa Allah uzaq eləsin, dodağıma gel vurdurası deyiləm ki... Yəni bu məsələyə bu cür fikir bildirmişəm".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.