Bakıda yanan "Cruze" tanınmış aparıcının imiş - VİDEO

Yenilik.az Bizim.media-ya istinadən xəbər verir ki, "Chevrolet Cruze" markalı maşında iki nəfər yatmış vəziyyətdə olub:
"Partlayış səsinə avtomobildəki iki nəfər düşüb qaçıb. Partlayış səbəbindən yanğın qarşıdakı "Toyota Corolla" markalı minik maşınına keçib. Bundan başqa yanan avtomobilin hissələri arxa tərəfdə dayanmış "Merseses-Benz" markalı maşına çırpılıb.
Onu da qeyd edim ki, "Toyota Corolla" markalı minik avtomobili AzTV-nin tanınmış aparıcısı Könül Quluzadəyə məxsusdur".
Qeyd edək ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Qısa zamanda yanğın söndürülüb. Hazırda hadisə müvafiq qurumlar tərəfindən araşdırılır.