Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Bakıda yanan "Cruze" tanınmış aparıcının imiş - VİDEO

Bakıda yanan "Cruze" tanınmış aparıcının imiş - VİDEO

Bakıda yanan
2023-10-09 , 16:46

Bu gün səhər saatlarında Səbail rayonu, İ.Nəbiyev küçəsində minik avtomobilində yanğın baş verib. Yanğın nəticəsində "Chevrolet Cruze" markalı minik avtomobilinin yanar hissələri və "Toyota Corolla" markalı minik avtomobilinin arxa hissəsi qismən yanıb.

 
Yenilik.az Bizim.media-ya istinadən xəbər verir ki, "Chevrolet Cruze" markalı maşında iki nəfər yatmış vəziyyətdə olub:
 
"Partlayış səsinə avtomobildəki iki nəfər düşüb qaçıb. Partlayış səbəbindən yanğın qarşıdakı "Toyota Corolla" markalı minik maşınına keçib. Bundan başqa yanan avtomobilin hissələri arxa tərəfdə dayanmış "Merseses-Benz" markalı maşına çırpılıb.
 
Onu da qeyd edim ki, "Toyota Corolla" markalı minik avtomobili AzTV-nin tanınmış aparıcısı Könül Quluzadəyə məxsusdur".
 
Qeyd edək ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Qısa zamanda yanğın söndürülüb. Hazırda hadisə müvafiq qurumlar tərəfindən araşdırılır.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.