Şəbnəm Tovuzlu: Qayınanamla küsülüyük

O, ikinci qayınanası ilə danışmadığını etiraf edib:
"İkinci qayınanamla (oğlu Əlinin ata nənəsi - red.) münasibətlərim belə də... Nə yaxşıdır, nə də ki pis... Açıq demək lazımdır. Çox da danışırıq deyə bilmərəm. Danışmırıq...".
Şəbnəm Tovuzlu iki dəfə ailə həyatı qurub. İlk qurduğu evlilikdən onun Günel adlı qızı, ikinci qurduğu nikahdan isə Əli adında bir oğlu var. Şəbnəm bir müddət əvvəl qızı Güneli nişanlandırıb. Lakin toylarının nə zaman olacağı ilə bağlı konkret zaman açıqlamayıb.