Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Şəbnəm Tovuzlu: Qayınanamla küsülüyük

Şəbnəm Tovuzlu: Qayınanamla küsülüyük

Şəbnəm Tovuzlu: Qayınanamla küsülüyük
2023-10-20 , 17:05

"Qızım Günelin atasının anası, yəni qayınanam Tairə xanım, hər şeyi ondan öyrənmişəm. Onun əllərindən öpürəm. O çox qoçaq, mehriban, gözəl xanımdır. Çox şeyi ondan öyrənmişəm. Əlbəttə ki, onun kimi gözəl qayınana ola bilərəm, olacağam da. Tairə xanımı çox istəyirəm. Onunla çox yaxşı münasibətim var". 

Yenilik.az Bizim.media-ya istinadla xəbər verir  ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu "7 tamam" verilişində deyib. 
O, ikinci qayınanası ilə danışmadığını etiraf edib: 
"İkinci qayınanamla (oğlu Əlinin ata nənəsi - red.) münasibətlərim belə də... Nə yaxşıdır, nə də ki pis... Açıq demək lazımdır. Çox da danışırıq deyə bilmərəm. Danışmırıq...". 
Şəbnəm Tovuzlu iki dəfə ailə həyatı qurub. İlk qurduğu evlilikdən onun Günel adlı qızı, ikinci qurduğu nikahdan isə Əli adında bir oğlu var. Şəbnəm bir müddət əvvəl qızı Güneli nişanlandırıb. Lakin toylarının nə zaman olacağı ilə bağlı konkret zaman açıqlamayıb. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.