Nura Surini təhqir edən şəxs ruhi-əsəb dispanserinə yerləşdirilib

Bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb.
"Mənim heç kəslə şəxsi qərəzliyim yoxdur, onları da tanımıram. Haqqımda, övladalarım haqqında şər-böhtan yazanda düşünərdiniz. Polisə gedib ərizə, izahat yazmışam. Polis cinayətkar axtarmaqdan klaviatura arxasında oturub insanları söyən, şərləyənləri axtarıb. Siz də gəlib üzr istəyəcəksiz, bitəcək? Yox elə bir dünya. Bundan sonra haqqımda nəsə yazanda 10 dəfə düşünün. Birini də tutublar dəli çıxıb, hamıya yazırmış. Çox adam şikayət edib. İndi də dəlixanadadır” - N.Suri qeyd edib.