Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nura Surini təhqir edən şəxs ruhi-əsəb dispanserinə yerləşdirilib

Nura Surini təhqir edən şəxs ruhi-əsəb dispanserinə yerləşdirilib

Nura Surini təhqir edən şəxs ruhi-əsəb dispanserinə yerləşdirilib
2023-10-21 , 16:46

"Haqqımda yazılan xəbərlərin altında şərhlərdə təhqir, söyüş, şər və böhtan yazanların bir neçəsini şikayət etmişdim. Azərbaycan polisi sağ olsun şikayətimə baxıb, (red. həmin şəxsləri) tapıblar. 3 gündür menecerimə zəng edir, ailəsi üzr istəyir, özü üzr istəyir ki, şikayətimi geri götürüm”.  

 
Bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb.  
 
"Mənim heç kəslə şəxsi qərəzliyim yoxdur, onları da tanımıram. Haqqımda, övladalarım haqqında şər-böhtan yazanda düşünərdiniz. Polisə gedib ərizə, izahat yazmışam. Polis cinayətkar axtarmaqdan klaviatura arxasında oturub insanları söyən, şərləyənləri axtarıb. Siz də gəlib üzr istəyəcəksiz, bitəcək? Yox elə bir dünya. Bundan sonra haqqımda nəsə yazanda 10 dəfə düşünün. Birini də tutublar dəli çıxıb, hamıya yazırmış. Çox adam şikayət edib. İndi də dəlixanadadır” - N.Suri qeyd edib.  

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.