Vüsalə Əlizadə və Sevil-Sevinc canlı efirdə söz savaşına çıxdı - VİDEO

”Biz əziyyət çəkib bu verilişə hazırlaşıb, geyinib -keçinib, bəzənib gəlmişik. Amma yemək bişirməyə yox, mahnı oxumağa. Mən müğənniyəm. Efirə ifa etmək üçün gəlirəm. Mətbəxdə bizim əl qabiliyyətimizi hər kəs bilir. Efirə salat hazırlamağa gəlməmişəm. Əlini yuyursan, ifa edirsən, salat hazırlayırsan... Düşünürəm ki, bu düzgün deyil.Dünəndən komandanıza da demişik, razılaşmışıq”.
Vüsalə Əlizadə isə məsələyə öz növbəsində belə aydınlıq gətirib:
“Ola bilər ki, sənin fikrincə düzgün deyil. Amma verilişin formatına hörmət etməlisiniz. Xalq artistləri, əməkdar artistlər, sizdən öncə sənətdə olanlar da burada iştirak edib. Çalışırıq ki, səhər efirində daha əyləncəli, pozitiv ab-hava yaradaq. Bu qalmaqal deyil, sadəcə bizə hörmətsizlikdir”.
Daha sonra tərəflər arasında atmacalı söz savaşı davam edib.