Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Vüsalə Əlizadə və Sevil-Sevinc canlı efirdə söz savaşına çıxdı - VİDEO 

Vüsalə Əlizadə və Sevil-Sevinc canlı efirdə söz savaşına çıxdı - VİDEO 

Vüsalə Əlizadə və Sevil-Sevinc canlı efirdə söz savaşına çıxdı - VİDEO 
2023-10-27 , 15:38

"Xəzər” televiziyasında Vüsalə Əlizadənin təqdimatında yayımlanan "İncə səhər” verlişində qalmaqal yaşanıb.

Yenilik.az xəbər verir ki, Vüsalə Əlizadənin aparıcılığı ilə yayımlanan verilişdə müğənnilər Sevil və Sevinc Səfərovalar formata uyğun olaraq yemək hazırlamaqdan imtina ediblər. 

”Biz əziyyət çəkib bu verilişə hazırlaşıb, geyinib -keçinib, bəzənib gəlmişik. Amma yemək bişirməyə yox, mahnı oxumağa. Mən müğənniyəm. Efirə ifa etmək üçün gəlirəm. Mətbəxdə bizim əl qabiliyyətimizi hər kəs bilir. Efirə salat hazırlamağa gəlməmişəm. Əlini yuyursan, ifa edirsən, salat hazırlayırsan... Düşünürəm ki, bu düzgün deyil.Dünəndən komandanıza da demişik, razılaşmışıq”. 

Vüsalə Əlizadə isə məsələyə öz növbəsində belə aydınlıq gətirib:

 “Ola bilər ki, sənin fikrincə düzgün deyil. Amma verilişin formatına hörmət etməlisiniz. Xalq artistləri, əməkdar artistlər, sizdən öncə sənətdə olanlar da burada iştirak edib. Çalışırıq ki, səhər efirində daha əyləncəli, pozitiv ab-hava yaradaq. Bu qalmaqal deyil, sadəcə bizə hörmətsizlikdir”. 
 
Daha sonra tərəflər arasında atmacalı söz savaşı davam edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.