Aysunun keçmiş əri övladı ilə GÖRÜNTÜLƏRİNİ PAYLAŞDI - “Atanı sevirsənmi?“

İlk evlilyindən dünyaya gələn övladına dair paylaşım edən Eşqin uşağın üzünü gizli saxlayıb. Görüntülərdə Eşqin qızından “Atanı sevirsənmi?” - deyə soruşub. Qızı isə cavabında bildirib: “Hə, sevirəm, anamı da sevirəm”.
Xatırladaq ki, Aysun İsmayılova qonaq olduğu verilişlərin birində Eşqinin ondan əvvəl ailəli olduğunu etiraf etmişdi: "Eşqin məndən öncə rus qadınla ailəli olub. Ona "cavanlıq səhvi" deyir. Bir qız övladı var. Tanış olanda bilmirdim əvvəl ailəli olub. Mənimlə tanış olmazdan 4 il əvvəl ayrılıblar".
Qeyd edək ki, ötən il evlənən cütlük bu il ayrılmaq qərarı alaraq boşanmışdı.