Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Aysunun keçmiş əri övladı ilə GÖRÜNTÜLƏRİNİ PAYLAŞDI - “Atanı sevirsənmi?“

Aysunun keçmiş əri övladı ilə GÖRÜNTÜLƏRİNİ PAYLAŞDI - “Atanı sevirsənmi?“

Aysunun keçmiş əri övladı ilə GÖRÜNTÜLƏRİNİ PAYLAŞDI - “Atanı sevirsənmi?“
2023-10-28 , 15:58

Bir müddət əvvəl müğənni Rəqsanə İsmayılovanın qızı Aysundan boşanan Eşqin Cəlilov paylaşımı ilə gündəmə gəlib. 

Yenilik.az yenisabah-a istinadla xəbər verir ki, o, qızı Adelina ilə birgə çəkilmiş görüntülərini sosial şəbəkə hesabında yayımlayıb. 
İlk evlilyindən dünyaya gələn övladına dair paylaşım edən Eşqin uşağın üzünü gizli saxlayıb. Görüntülərdə Eşqin qızından “Atanı sevirsənmi?” - deyə soruşub. Qızı isə cavabında bildirib: “Hə, sevirəm, anamı da sevirəm”.
Xatırladaq ki, Aysun İsmayılova qonaq olduğu verilişlərin birində Eşqinin ondan əvvəl ailəli olduğunu etiraf etmişdi: "Eşqin məndən öncə rus qadınla ailəli olub. Ona "cavanlıq səhvi" deyir. Bir qız övladı var. Tanış olanda bilmirdim əvvəl ailəli olub. Mənimlə tanış olmazdan 4 il əvvəl ayrılıblar". 
Qeyd edək ki, ötən il evlənən cütlük bu il ayrılmaq qərarı alaraq boşanmışdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.