Verilişdə meyxanaçı ekspertə hücum etdi

Samirənin rəqs videosu ilə bağlı tərəflər arasında bir müddət əvvəl mübahisə düşmüşdü. Bu dəfə isə onlar sözügedən verilişdə mübahisə ediblər. Tərəflər bir-birinin ünvanına sərt sözlər deyib. Samirə yerindən duraraq jurnalistə hücum edib. Kənarda oturan ekspertlər onları ayrımağa çalışıb.
Bir-birini təhqir edən meyxanaçı ilə jurnalistin mikrofonu bağlanılıb.
Qeyd edək ki, son günlər sosial mövzulu verilişlərdə bu kimi hallar tez-tez yaşanır. Bundan əvvəl "Xəzər TV"də efirə gedən "Təsir dairəsi" verilişində ekspert iştirakçıya hücum etmişdi. Daha sonra "Bizimləsən" proqramında kömək istəmək üçün gələn iki qadın arasında dava düşmüşdü.