Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Verilişdə meyxanaçı ekspertə hücum etdi

Verilişdə meyxanaçı ekspertə hücum etdi

Verilişdə meyxanaçı ekspertə hücum etdi
2023-11-23 , 15:06

"Space TV"də yayımlanan "Gəl danış" verilişində gərgin anlar yaşanıb.

Yenilik.az axşam.az-a istinadən bildirir ki, meyxanaçı Samirə Yusifqızı ilə jurnalist Ramilə Sultan arasında mübahisə düşüb.
Samirənin rəqs videosu ilə bağlı tərəflər arasında bir müddət əvvəl mübahisə düşmüşdü. Bu dəfə isə onlar sözügedən verilişdə mübahisə ediblər. Tərəflər bir-birinin ünvanına sərt sözlər deyib. Samirə yerindən duraraq jurnalistə hücum edib. Kənarda oturan ekspertlər onları ayrımağa çalışıb. 
Bir-birini təhqir edən meyxanaçı ilə jurnalistin mikrofonu bağlanılıb.
Qeyd edək ki, son günlər sosial mövzulu verilişlərdə bu kimi hallar tez-tez yaşanır. Bundan əvvəl "Xəzər TV"də efirə gedən "Təsir dairəsi" verilişində ekspert iştirakçıya hücum etmişdi. Daha sonra "Bizimləsən" proqramında kömək istəmək üçün gələn iki qadın arasında dava düşmüşdü. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.