Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Aparıcı danışdı: "Bu, hamının başına gələ bilər"

Aparıcı danışdı: "Bu, hamının başına gələ bilər"

Aparıcı danışdı:
2023-05-19 , 08:48

Xəbər verdiyimiz kimi, Audiovizual Şuranın apardığı monitorinqdə "Space"nin efirində  "Media haqqında" Qanunun tələblərinin pozulması faktları müzakirə olunub. 

Belə ki, ümumölkə yerüstü televiziya yayımçısı olan "Space Müstəqil Televiziya və Radio Şirkəti" MMC-nin "Space TV" televiziya redaksiyasının efirində 12 may 2023-cü il tarixində "Gəl, danış" proqramının yayımı zamanı "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.6-cı maddəsinin tələbinin (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulması faktı aşkarlanıb. 
Məsələ ilə bağlı Yenisabah.az-a “Gəl danış” verilişinin aparıcısı Amil Xəlil açıqlama verib. O, qeyd edib ki, bu kimi hallarda teleaparıcının hər hansı günahı olmur: 
“Efirdə yaşanan bu cür hadisələrdə vallah, aparıcının heç bir günahı olmur. Canlı efirə kimsə zəng edir, efir də gecikmə ilə gedir, bu zaman texniki heyət yayıma nəzarət edir. Əgər hər hansı efirə getməməli nə isə olarsa onu kəsir. Etiraf edim ki, sözügedən məsələdə texniki səhv də olub və bu söyüş efirə gedib. Qanunla da  buna görə cəzalandırılıb, cərimələnirik. Əslində bu kimi cərimələrin olması yaxşıdır ki, sabah yenidən bu hallar təkrarlanmasın. Xatırlayırsınızsa, 10-12 il bundan öncə efirlərdə elə söhbətlər gedirdi ki, onların qarşısını almaq olmurdu. O zamanlar bu qayda-qanunlar yox idi, sərbəstlik idi. Amma mən bu cür qanunun olmasının tərfdarıyam, səmimi şəkildə deyirəm ki, buna sevinirəm. Yoxsa,  çox adam efirdən istifadə edə bilər, təbliğatla məşğul olar. 
7 ildir ki, “Gəl danış” yayımlanır bu illər ərzində ikinci dəfədir cərimələnirəm, amma elə verilişlər var ki, bir ildə neçə dəfə cərimələnirlər”. 
A.Xəlilin sözlərinə görə, bu kimi hallar texniki səhvdir:
“Belə halların qarşısını almaq üçün diqqətli olmaq lazımıdır. İllərdir bir damın altında birgə çalışdığımız adamlardır və texniki diqqətsizliyin ucbatından bu efirə getdi. Tamaşaçılardan da üzr istəyirəm, heç bir aparıcı istəməz ki, efirdə söyüş getsin. Xəbərə reaksiya verənlərdən də xahiş edirəm ki, “like” xətrinə, söz yazmaq xətrinə nəsə yazmasınlar. Bu, hamının başına gələ bilər. 
Bizi Audiovizual Şura cərimələyib. Bu qanunların olmasına bir aparıcı kimi sevinirəm. Ona görə ki, tək biz yox, hamı bundan sonra addımlarına nəzarət edəcək. İnşallah, bir gün Milli Məclis qərar çıxarar və sosial şəbəkələrə də nəzarət tam əldə olar. Demokratiyadır, çox gözəl, amma bu o demək deyil ki, kim kimə istəsə böhtan, şər atsın. 
İzləyicilərdən xahiş edirəm ki, bilib-bilmədən şərh yazmasınlar. Haqqımda yalan, yanlış iddialar səsləndiriləndə bu, mənə çox təsir edir. Dərhal yazırlar ki, “Amilə yaxşı oldu”. Efirdə qoyulan mövzunu hər kəs bilir. Məsələ belədir ki, kişi qadından aliment tələb edirdi. Hətta həmin xanım bu yaxınlarda həbs olunacaq, çünki alimentləri yığılıb. Ona görə istəyərdim ki, hər kəs bu həssaslığı anlasın”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.