Studiyaya gəlinlik gəldi - “İkinci dəfə elə də həvəs olmur” - VİDEO

Verilişin aparıcısı bu gəlinliyin kimə gəldiyini soruşsa da, həmin şəxs üzə çıxmayıb.
Müğənni Nəfəs ikinci dəfə gəlinlik geyinmək həvəsində olmadığını dilə gətirib:
“Mən gəlinlik gözləmirəm. Çünki gəlinliyi bir dəfə geyinənin ikinci dəfə elə də həvəsi olmur. Bəlkə də mənim həvəsim yoxdur... İnsan bəzən qorxur. Yəqin o dəftəri bağlamışam. Gəlinlik kim üçün gəlib, bilmirəm. Hər kimə gəlibsə, Allah xoşbəxt etsin”.
Həmkarı Aysun İsmayılova isə həmkarının fikirləri ilə razılaşmayıb: “Yox, mənim ikinci dəfə gəlinlik geyinməyə həvəsim var”.