Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Studiyaya gəlinlik gəldi - “İkinci dəfə elə də həvəs olmur” - VİDEO

Studiyaya gəlinlik gəldi - “İkinci dəfə elə də həvəs olmur” - VİDEO

Studiyaya gəlinlik gəldi - “İkinci dəfə elə də həvəs olmur” - VİDEO
2023-12-11 , 12:55

ATV telekanalında yayımlanan “7 Tamam” proqramında maraqlı anlar yaşanıb.

Yenisabha.az xəbər verir ki, verilişin müğənni Aysun İsmayılova və Nəfəsin qonaq olduğu buraxılışında studiyaya gəlinlik gətirilib.
Verilişin aparıcısı bu gəlinliyin kimə gəldiyini soruşsa da, həmin şəxs üzə çıxmayıb.
Müğənni Nəfəs ikinci dəfə gəlinlik geyinmək həvəsində olmadığını dilə gətirib:
“Mən gəlinlik gözləmirəm. Çünki gəlinliyi bir dəfə geyinənin ikinci dəfə elə də  həvəsi olmur. Bəlkə də mənim həvəsim yoxdur... İnsan bəzən qorxur. Yəqin o dəftəri bağlamışam. Gəlinlik kim üçün gəlib, bilmirəm. Hər kimə gəlibsə, Allah xoşbəxt etsin”.
Həmkarı Aysun İsmayılova isə həmkarının fikirləri ilə razılaşmayıb: “Yox, mənim ikinci dəfə gəlinlik geyinməyə həvəsim var”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.