"Gərək haqqımda danışanları zamanında susduraydım"- Damla

"Kaş ki, haqqımda xoşagəlməz sözlər danışan bəzi həmkarlarımın cavabını zamanında verərdim. Çünki o insanlar üstümə ləkə yaxmağa çalışdılar. Deyirdilər ki, "Damla sıradan oxuyandır və repertuarı yaxşı deyil”. Gərək işimlə yanaşı sözümlə də onların cavabını verərdim. Elə onların dilində cavab verərdim. Bəzi məqamlarda buna görə peşmanlıq yaşayıram. Özümə deyirəm ki, bax, onun yeri idi, gərək, sözümü ona söyləyərdim. İçlərində təbii ki, Xalq və Əməkdar artistlər də var. Ən azından gərək, onların cavabını verərdim”.