Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Gərək haqqımda danışanları zamanında susduraydım"- Damla

"Gərək haqqımda danışanları zamanında susduraydım"- Damla

2024-01-19 , 15:55

Müğənni Damla "Kanal- S"də "Xəbərin var?” verilişində ilk dəfə sənəti ilə bağlı yaşadığı peşmançılıq haqda danışıb.

AZXEBER.COM  xəbər verir ki, sənətçi bir zamanlar onun haqqında xoşagəlməz fikirlər səsləndirən bəzi Xalq və Əməkdar artistlərə cavab verməməkdə səhv etdiyini qəbullanıb:
"Kaş ki, haqqımda xoşagəlməz sözlər danışan bəzi həmkarlarımın cavabını zamanında verərdim. Çünki o insanlar üstümə ləkə yaxmağa çalışdılar. Deyirdilər ki, "Damla sıradan oxuyandır və repertuarı yaxşı deyil”. Gərək işimlə yanaşı sözümlə də onların cavabını verərdim. Elə onların dilində cavab verərdim. Bəzi məqamlarda buna görə peşmanlıq yaşayıram. Özümə deyirəm ki, bax, onun yeri idi, gərək, sözümü ona söyləyərdim. İçlərində təbii ki, Xalq və Əməkdar artistlər də var. Ən azından gərək, onların cavabını verərdim”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.