"1 yaşından oğluma tək baxıram" deyən qadın müğənniyə Zaurun REAKSİYASI

Aparıcı Güneldən övladını neçə yaşından tək böyütdüyünü soruşub. İfaçı "1 yaşından tək böyüdürəm. Allah məni heç kimə möhtac eləməsin", - deyə cavab verib.
Günelin sözlərinə Zaur "Günel zəhmətkeş xanımdı. Həmişə əziyyət çəkib. Həyat yoldaşı yoxdu, özü əziyyət çəkir. Şou-proqramlar, toylar, gecələr əziyyət çəkir ki, bir övladı, anası yaxşı yaşasın", - fikirləri ilə reaksiya verib.
Qeyd edək ki, Günelin 12 yaşında Əli adlı oğlu var.